Bizimlə Əlaqə

support@megacar.az
Tel nömrəsi
Ünvan
Bakı şəhəri, Cəfər Xəndan küçəsi 42

Bizi sosial şəbəkələrdə izləyin:

Avtomobil xidmətlərində rəqəmsal inamınız İndi rezerv et
Bazar ertəsi – bazar : 08:00 – 18:00

Avtomobil xidmətləri bir platformada.

Reklam sol

Avtomobil xidmətləri bir platformada.

MegaCar — avtomobil sahiblərinin gündəlik ehtiyac və problemlərinin həlli üçün yaradılmış rəqəmsal avtomobil xidmət platformasıdır.

Avtomobilə xidmət lazım olduqda uyğun servis tapmaq, hansı xidmətə ehtiyac olduğunu müəyyən etmək, qiymətləri və filialları müqayisə etmək, vaxt ayırmaq və bütün prosesi təşkil etmək sürücülər üçün bəzən vaxt aparan prosesə çevrilir.

MegaCar-ın təsisçisi Rəhimli Röyal avtomobil sahiblərinin gündəlik qarşılaşdığı bu ehtiyacı nəzərə alaraq, avtomobil xidmətlərinə çıxışı daha sadə, rahat və rəqəmsal etmək məqsədilə vahid platforma yaratmaq ideyasını ortaya qoyub.

Bu yanaşma əsasında MegaCar avtomobil sahiblərinə müxtəlif xidmətləri bir platformada tapmaq, uyğun xidməti seçmək və rahat şəkildə rezervasiya etmək imkanı yaradır.

Platformada avtoyuma, yağ dəyişmə, detailing, avtoservis, evakuator və digər avtomobil xidmətləri təqdim olunur.

Missiyamız

Bizim missiyamız avtomobil sahiblərinin xidmət axtarışını və rezervasiya prosesini sadələşdirmək, avtomobil baxımını daha rahat, sürətli və əlçatan etməkdir.

MegaCar olaraq biz:

  1. Sürücülərin ehtiyaclarına uyğun avtomobil xidmətlərini bir platformada birləşdiririk;
  2. Xidmət, filial və vaxt seçimlərini daha əlçatan edirik;
  3. Rəqəmsal rezervasiya vasitəsilə vaxt itkisini azaltmağa çalışırıq;
  4. Avtomobil problemlərinin həlli üçün uyğun xidmətə çıxışı asanlaşdırırıq;
  5. Sürücülər üçün daha rahat və müasir xidmət təcrübəsi yaratmağa çalışırıq.

Vizyonumuz

Vizyonumuz Azərbaycanın aparıcı avtomobil xidmət platformalarından birinə çevrilmək və sürücülərin avtomobil baxımı ilə bağlı ehtiyaclarını vahid rəqəmsal platforma üzərindən qarşılaya biləcəyi müasir ekosistem yaratmaqdır.

MegaCar olaraq biz:

  1. Avtomobil xidmətlərinin daha böyük hissəsini vahid platformada birləşdirməyi;
  2. Texnologiya vasitəsilə xidmət axtarışını və rezervasiya prosesini daha da sadələşdirməyi;
  3. Sürücülərin avtomobilləri ilə bağlı problemlərinə uyğun xidmət tapmasını asanlaşdırmağı;
  4. Servis mərkəzləri və digər tərəfdaşlarla davamlı əməkdaşlıq imkanlarını genişləndirməyi hədəfləyirik.

MegaCar-ın yanaşması

Biz inanırıq ki, sürücü avtomobilinin problemini həll etmək üçün hər zaman texniki terminləri bilməli deyil.

Bəzən sürücü sadəcə “maşından səs gəlir”, “sükan titrəyir”, “əyləc zəif tutur”, “kondisioner soyutmur” və ya “maşın sürət yığmır” deyə bilir.

MegaCar-ın yanaşması problemdən həllə qədər olan prosesi sadələşdirməkdir.

Sürücü ehtiyacını müəyyən edir, uyğun xidməti tapır, servis və vaxtı seçir və rezervasiyasını həyata keçirir.

MegaCar ilə avtomobil baxımı daha sadə, rahat və əlçatandır.

Probleminizi müəyyən edin.
Uyğun xidməti tapın.
Servisi və vaxtı seçin.
Qalanını MegaCar-a həvalə edin.

Reklam sağ
image
Megacar

Partnyor olmaq istəyirsən? Bizə yaz