Avtomobili yumaq sadə görünsə də, yanlış məhsul və üsullardan istifadə avtomobilin boya və lak örtüyünə zərər verə bilər. Bəzən avtomobili təmizləməyə çalışarkən fərqində olmadan cızıq, su ləkələri və rəngin parlaqlığının azalmasına səbəb oluruq.
Avtomobilinizi yuyarkən ən çox buraxılan 5 səhvə nəzər salaq.
1. Avtomobili birbaşa günəş altında yumaq
Günəş altında avtomobilin səthi sürətlə qızır. Nəticədə su və şampun tez quruyur, səthdə su ləkələri və yuyucu vasitə qalıqları qala bilər.
Düzgün yanaşma: avtomobili kölgədə və ya daha sərin vaxtlarda yumaq, yuma zamanı isə şampunun səthdə qurumasına imkan verməməkdir.
2. Qab yuyucu vasitədən istifadə etmək
“Evdə var, istifadə edim” düşüncəsi ilə qab yuyucu vasitədən istifadə etmək düzgün seçim deyil. Bu məhsullar avtomobil boyası üçün hazırlanmayıb və qoruyucu qatların təsirini azalda bilər.
Düzgün yanaşma: avtomobil üçün nəzərdə tutulmuş uyğun şampundan istifadə etməkdir.
3. Avtomobili əvvəlcədən yaxalamadan silmək
Toz, qum və yol çirkləri avtomobilin səthində qalarkən birbaşa süngər və ya parça ilə silmək həmin hissəciklərin boya üzərində sürtülməsinə səbəb ola bilər. Bu isə xırda cızıqların və swirl izlərinin yaranma riskini artırır.
Düzgün yanaşma: yuma prosesinə başlamazdan əvvəl avtomobili yaxşıca yaxalamaqdır.
4. Eyni parça və ya süngərlə hər yeri yumaq
Təkərlər və kuzov eyni səviyyədə çirkli olmur. Təkər və disklərdən götürülən qum və yol çirklərini kuzovda istifadə etmək boya səthinə zərər verə bilər.
Düzgün yanaşma: kuzov, təkərlər və digər hissələr üçün ayrı təmizləmə vasitələrindən istifadə etməkdir.
5. Avtomobili düzgün qurutmamaq
Yuma bitdikdən sonra avtomobili öz-özünə qurumağa buraxmaq suyun tərkibindəki mineralların səthdə qalmasına və su ləkələrinin yaranmasına səbəb ola bilər. Köhnə və kobud parçalarla güclü sürtmək isə mikro-cızıqlar yarada bilər.
Düzgün yanaşma: təmiz və avtomobil üçün uyğun mikrofiber dəsmaldan istifadə edərək səthi yumşaq şəkildə qurutmaqdır.
Avtomobilinizin görünüşünü qorumaq düzgün yuma ilə başlayır
Avtomobilə qulluq yalnız onun təmiz görünməsi demək deyil. Düzgün yuma texnikası boya örtüyünün qorunmasına və avtomobilin uzun müddət baxımlı görünməsinə kömək edir.
Əgər avtomobilinizi harada və necə yuduzduracağınızı seçmək sizin üçün vaxt aparırsa, MegaCar üzərindən uyğun avtomobil xidmətlərini tapıb rezerv edə bilərsiniz.
Xidmət, filial, qiymət və vaxtı seçin — qalanını MegaCar həll etsin.