Bizimlə Əlaqə

support@megacar.az
Tel nömrəsi
Ünvan
Bakı şəhəri, Cəfər Xəndan küçəsi 42

Bizi sosial şəbəkələrdə izləyin:

Avtomobil xidmətlərində rəqəmsal inamınız İndi rezerv et
Bazar ertəsi – bazar : 08:00 – 18:00

Əyləc zəif tutur?

Əyləc zəif tutur?

Əyləc zəif tutur?

Əyləc avtomobilin ən vacib təhlükəsizlik sistemlərindən biridir. Əgər əyləc pedalına basdıqda avtomobil əvvəlkindən daha gec dayanırsa, pedal həddindən artıq yumşaqdırsa və ya əyləcləmə zamanı avtomobil bir tərəfə çəkilirsə, bu problemə ciddi yanaşmaq lazımdır.

Əyləcin zəif tutmasının bir neçə səbəbi ola bilər.

Əyləc bəndləri (naklatkalar) aşınıb.

Əyləc bəndləri istifadə olunduqca tədricən yeyilir. Həddindən artıq aşındıqda əyləc diskinə lazımi təzyiqi göstərə bilmir və avtomobilin dayanma məsafəsi artır.

Əlamətlər:

  1. Əyləc əvvəlki kimi effektiv tutmur;
  2. Əyləcləmə zamanı səs gəlir;
  3. Əyləc pedalına daha çox basmaq lazım olur.

Əyləc diskləri aşınıb və ya zədələnib

Əyləc disklərinin səthində dərin cızıqlar, yeyilmə və ya deformasiya yarandıqda əyləc sistemi normal işləməyə bilər.

Xüsusilə əyləcləmə zamanı sükanın və ya avtomobilin titrəməsi diskdə problem olduğuna işarə edə bilər.

Əyləc mayesi azalıb və ya keyfiyyətini itirib

Əyləc sistemi hidravlik maye ilə işləyir. Əyləc mayesinin səviyyəsi aşağıdırsa və ya maye uzun müddət dəyişdirilməyibsə, sistemin effektivliyi azala bilər.

Əyləc mayesinin azalması bəzən sistemdə sızmanın olduğunu da göstərə bilər.

Əyləc sistemində hava var

Əyləc sisteminə hava daxil olduqda pedal əvvəlkindən daha yumşaq hiss oluna bilər. Pedala basdıqda onun həddindən artıq aşağı getməsi və avtomobilin gec dayanması sistemdə hava ola biləcəyini göstərir.

Bu halda əyləc sisteminin yoxlanılması və lazım olduqda havasının alınması vacibdir.

Əyləc kaliperi düzgün işləmir

Kaliper bəndləri/naklatkaları diskə sıxılmasını təmin edir. Kaliper ilişdikdə və ya düzgün işləmədikdə əyləclər tam effektivliklə işləməyə bilər.

Bunun nəticəsində:

  1. Avtomobil əyləcləmə zamanı bir tərəfə çəkilə bilər;
  2. Bəndlər/naklatkalar qeyri-bərabər yeyilə bilər;
  3. Təkərlərdən birində həddindən artıq istilik yarana bilər.

Əyləc sistemi vaxtında texniki baxışdan keçməyib

Əyləc sistemində yaranan problemlər uzun müddət diqqətdən kənarda qaldıqda daha ciddi və bahalı nasazlıqlara səbəb ola bilər.

Əyləc zəif tutursa, problemi yalnız bəndləri/naklatkaları dəyişməklə həll etməyə çalışmaq düzgün deyil. Disklər, əyləc mayesi, kaliperlər və hidravlik sistemin yoxlanılmasıda tövsiyə olunur.

Əyləc zəif tutursa nə etmək lazımdır?

Əyləcin zəif tutduğunu hiss etdikdə avtomobili yüksək sürətlə idarə etməkdən çəkinin və mümkün qədər tez texniki yoxlama etdirin.

Çünki əyləc sistemindəki kiçik bir problem belə avtomobilin dayanma məsafəsini artıra və təhlükəsizlik riski yarada bilər.

MegaCar vasitəsilə avtomobiliniz üçün uyğun avtoservis xidməti tapa, probleminizi qeyd edərək yaxın servisə müraciət edə və texniki baxış üçün rezervasiya edə bilərsiniz.

MegaCar — probleminizi tapın, həllini bizdən seçin.

Paylaş:
image
Megacar

Partnyor olmaq istəyirsən? Bizə yaz